Gündəm

"Öz cəzalarını alacaqlar" - YAP-çı deputat xaricdən hakimiyyət əleyhinə çağırışlar edənlərə SƏSLƏNDİ

Öz cəzalarını alacaqlar - YAP-çı deputat xaricdən hakimiyyət əleyhinə çağırışlar edənlərə SƏSLƏNDİ

“Azərbaycan cəmiyyətinə onların kimliyi çoxdan bəlli idi. Baş verən proseslər isə bir daha onların kimlərə xidmət etdiyini açıq-aydın göstərdi”.

Demokrat.Az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Avropada mühacir həyatı yaşayan Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında baş verən qarşılıqlı ittihama münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, özlərini mühacir adlandıran şəxslərin Azərbaycan haqqında xoşagəlməz fikirlər səsləndirmələri onların küçə təfəkkürünə malik tullantılar olduğunu göstərir:

“Siyasətdən, əxlaqdan və mənəviyyatdan uzaq olan bu adamların məqsədi ancaq qrantlardır. Bu gün Azərbaycan hüquqi dövlətdir və bütün məsəllər qanunla tənzimlənir. Mitinq keçirmək istəyən partiya və təşkilatlar üçün də imkanlar yaradılıb. Dövlətin ünvanına təhqirlər yağdıran bu ünsürdər başa düşür ki, ictimaiyyəti çaşdırmaq üçün atdığı addımlar heç bir effekt verməyəcək və pul müqabilində dövlət maraqlarını antimilli qüvvələrə satanlar öz cəzalarını alacaqlar".

A.Mirzəzadə onu da bildirib ki, bunlar təhqiri ya pul qarşılığında, ya da başqa məqsədlər naminə edirlər:

"Azərbaycan əleyhdarlarının ikrah doğuran əməlləri bütün detalları ilə ortadadır. Onlar Azərbaycanın düşmənləridir. Bəs adını azərbaycanlı qoyaraq onların dəyirmanına su tökən Vətən, millət dönüklərinin bu mənəviyyatsız, namərd əməllərinə nə ad vermək olar? Bunların əməlləri kimi leksikonları da insanda ikrah və nifrət hissləri yaradır. Bu gün Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Azərbaycanda bundan sonra da ictimai-siyasi sabitlik təmin olunacaqdır. Və Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - "5- ci kolon"un ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək".

D
demokrat.az