Sosial

Vahid Əhmədov seçicilərilə görüşdü

Vahid Əhmədov seçicilərilə görüşdü

Quba rayonundan millət vəkili seçilmiş Vahid Əhmədov bu şəhərindəki ofisində seçiciləri ilə görüş keçirib.

Demokrat.Az xəbər verir ki, görüş zamanı Vahid Əhmədov 72 nəfər Quba sakini qəbul edərək, onların fikirləri dinlənilib.

Görüş zamanı deputat seçicilərinə Milli Məclisdəki fəaliyyətri barədə də ətraflı məlumat verib.

Qəbulda sakinlərin bir çox məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Görüşdə müzakirə olunan məsələlər arasında Qubanın Dəvədabanı yaşayış məntəqəsinin qazla təhcizatı, işədüzəlmə, yığılmış meyvə məhsulunun satışında yaranan problemlər, təhsil haqqının ödənilməsindəki çətinliklər və digər bu kimi məsələlər araşdırma mövzusu olub.

Qəbul zamanı hazırda Milli Məclisdə baxılan 2019-cu ilin büdcə layihəsinə seciçilər tərəfindən bir sıra təkliflər və mülahizələr deyilib.

Qəbuldan sonra rayon rəhbərliyi ilə görüş zamanı sakinlərin qaldırdıqları bir çox məsələlər barəsində müzakirələr aparılaraq müvafiq addımlar atılıb.

Qeyd edək ki, Vahid Əhmədovun seçiciləri ilə növbəti görüşü bu ilin dekabr ayında planlaşdırılır.

Demokrat.Az

D
demokrat.az