Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb.
Demokrat.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ramiz Quliyev öz ərizəsi ilə işdən azad edilib.
Onun yerinə təyinat hələlik yoxdur.


