Hadisə

Oğuzda gənc oğlanı elektrik cərəyanı vuraraq öldürdü

Oğuzda gənc oğlanı elektrik cərəyanı vuraraq öldürdü

Oğuz rayonunda elektrik dirəyinə çıxan gənc oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəymədərə kəndində baş verib.

İlkin məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan rayonun Sincan kənd sakini Dəymədərə kəndi ərazisində elektrik dirəyinə çıxarkən onu yüksək gərginlikli elektrik cərəyanı vurub. Gənc oğlan hadisə yerində ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Demokrat.az

D
demokrat.az