İdman

"Zirə" son anda məğlubiyyətdən qaçdı

Zirə son anda məğlubiyyətdən qaçdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekub vurulub.

Demokrat.az xəbər verir ki, turun sonuncu matçında "Zirə" "Sabah"ı qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Sabah"ın heyətində Kevin Kubemba 9-cu dəqiqədə hesabı açıb. 79-cu dəqiqədə Davit Volkov bərabərlik qolunu vurub. Kubemba 82-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 90+3-cü dəqiqədə isə Klesio Bauk növbəti dəfə tarazlığı bərpa edib.

Bu nəticədən sonra "Sabah" 14-cı xalını qazanaraq 6-cı pilləyə yüksəlib. "Zirə" isə 24 xalla 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qəbələ" evdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. XV turun digər oyunlarında "Neftçi" səfərdə "Qarabağ"ı 2:1, "Sumqayıt" isə evdə "Səbail"i 3:0 hesabı ilə üstələyib./"Report"

D
demokrat.az