Hadisə

Göygöldə sərnişin avtobusu ağaca çırpıldı

Göygöldə sərnişin avtobusu ağaca çırpıldı

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

Demokrat.az-ın məlumatına görə hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu “Mercedes Sprinter” idarə etməni itirib. Nəticədə avtobus ağaca çırpılıb.

Qəza zamanı 1984-cü il təvəllüdlü Həsənov Tofiq, 1985-ci il təvəllüdlü Bayramov Mehman və 1967-ci il təvəllüdlü Mirzəyev Cahid xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan sonuncunun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az