İdman

“Leypsiq” - “Liverpul” matçının keçirilmə yeri məlum oldu

“Leypsiq” - “Liverpul” matçının keçirilmə yeri məlum oldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Leypsiq” - “Liverpul” matçı Macarıstanda baş tutacaq.

“Haber Global”ın məlumatına görə, buna səbəb koronavirus pandemiyası ilə əlaqədar iki ölkə arasında səyahət məhdudiyyətlərinin olmasıdır.

Avropa Futbol Federasiyaları Assosiasiyasından verilən məlumata əsasən, matç fevralın 16-da paytaxt Budapeştin Puşkaş stadionunda təşkil ediləcək.

D
demokrat.az