Hadisə

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub öldürdü

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub öldürdü

Bakı-Sumqayıt avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yon-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, qəza yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü Quliyev Rizvan Ramil oğlunu “NİVA” markalı avtomobil vurub. 17 yaşlı piyada aldığı xəsarətlərdən vəfat edib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az