Hadisə

Təhsil Nazirliyi koronavirusa yoluxan şagirdlərin sayını AÇIQLADI

Təhsil Nazirliyi koronavirusa yoluxan şagirdlərin sayını AÇIQLADI

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, 10 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

İbtidai siniflərdə oxuyan 2 şagird koronavirusa yoluxub.

Virusa yoluxmuş işçi heyətinin sayı 7 nəfərdir.

Məktəbəqədər hazırlıq qruplarında təhsilalanlar arasında virusa yoluxan qeydə alınmayıb.

Qeyd edək ki, əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 564 nəfər olub.

D
demokrat.az