İdman

Cenk Tosun yenidən “Beşiktaş”da

Cenk Tosun yenidən “Beşiktaş”da

Türkiyə milli komandasının hücumçusu Cenk Tosun karyerasını yenidən İstanbulun “Beşiktaş” klubunda davam etdirəcək.

Bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, 29 yaşlı futbolçu “ağ-qara”ların heyətində icarə əsasında oynayacaq.

İcarənin müddəti beş ay olacağı bildirilib.

Qeyd edək ki, C.Tosun 2017-2018-ci ilin qış mövsümündə İngiltərənin “Everton” klubuna transfer olumuşdu.

D
demokrat.az