Sosial

ANAMA debitor və kreditorlarına müraciət etdi

ANAMA debitor və kreditorlarına müraciət etdi

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ləğv olunması ilə əlaqədar debitor və kreditorlarına müraciət edib.

"Report"un məlumatına görə, müraciətdə 1 ay müddətində tələblərin bildirilməsi xahiş olunur.

Müddət başa çatdıqdan sonra agentliyə daxil olan müraciətlərə baxılmayacaq.

Xatırladaq ki, bu il yanvarın 15-də ANAMA ləğv edilərək onun əsasında Minatəmizləmə Agentliyi yaradılıb, köhnə qurumun hüquq və öhdəlikləri, habelə əmlakı yeni quruma keçib.

Demokrat.az

D
demokrat.az