Hadisə

Azərbaycanda daha bir vəkil həyatını itirdi — FOTO

Azərbaycanda daha bir vəkil həyatını itirdi — FOTO

Vəkillər Kollegiyasının üzvü Ağakişi Nağıyev dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib:

"Bu gün uzun sürən ağır xəstəlikdən sonra dəyərli vəkilimiz Ağakişi Nağıyevi itirdik. Gözəl insan, təmənnasız dost, təcrübəli həmkarımız, yazıçı-publisist, Cəlilabad Vəkil Bürosunun vəkili Ağakişi müəllimin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah rəhmət eləsin, məkanı cənnət olsun, yaxınlarına Allah səbr versin!",-deyə, Anar Bağırov əlavə edib.

D
demokrat.az