Sosial

Vilayət Eyvazov Gəncəyə yeni DYP rəisi təyin etdi

Vilayət Eyvazov Gəncəyə yeni DYP rəisi təyin etdi

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

Demokrat.az xəbər verir ki, bununla bağlı Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Eldəniz Həsənov Gəncə şəhər DYPŞ-nin rəisi vəzifəsinə təyin edilib. O, buna qədər Göygöl DYPB-nin rəisi olub.

Xatırladaq ki GŞBPİ-nin DYP Şöbəsinin rəisi Rəhim Zalov bir neçə gün bundan əvvəl sərəncama götürülüb.(apa.az)

D
demokrat.az