Hadisə

Sabirabadda maşın kanala aşdı: ölən var

Sabirabadda maşın kanala aşdı: ölən var

Sabirabadda avtomobil kanala aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Şükürov Heybət Mürvət oğlunun idarə etdiyi "QAZ 24" markalı avtomobil idarəetməni itirərək su kanalına aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az