Prezident İlham Əliyevlə ABŞ-ın vitse-prezidenti Co Bayden 1 mart 2016-cı ildə görüşüblər.
Co Bayden Prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət verdiklərini deyib.
Bayden ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Bayden təhlükəsizlik sahəsində, sülhyaratma əməliyyatlarında ölkələrimizin yaxşı əməkdaşlıq qurduqlarını bildirib.
Co Bayden ABŞ-ın Azərbaycan ilə müdafiə sahəsində əməkdaşlıq istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb.
Vitse-prezident ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsini tam dəstəklədiklərini bəyan edib.
Belə görünür bu prioritetlər Prezident Baydenin dönəmində də aktual olacaq.
Xaqani Səfəroğlu Demokrat.az


