Bakının Nizami rayonunda avtoxuliqanlıq edən iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, bunlar Bakı şəhər sakinləri – Tağıyev Fuad Bəxtiyar oğlu və Əlixanov Elvin Nazim oğludurlar.
Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə protokol tərtib olunub.
İşə baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə barəsində tətbiq olunan şəxsi nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Fariz Məlikli Demokrat.az


