Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin komandir müavini, polkovnik-leytenant A.B. 18 hərbçinin ölümünə və birinin yaralanmasına səbəb olmaqda şübhəli bilinərək həbs edilib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
O, İkinci Qarabağ müharibəsi zamanı 18 hərbçinin ölümünə, birinin yaralanmasına səbəb olan səhv əmr verməkdə ittiham olunur.
Demokrat.az


