Sosial

Bina söküntüsü zamanı polis müdaxilə edib? — DİN-dən AÇIQLAMA

Bina söküntüsü zamanı polis müdaxilə edib? — DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakının Nərimanov rayonunda bina söküntüsü zamanı narazılıq edən sakinlərin polis əməkdaşları haqda iradlarına münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, hər hansı binanın sökülməsi məhkəmənin qərarı ilə həyata keçirilir və rayon icra hakimiyyəti prosesə nəzarət edir: “Polis yalnız həmin ərazidə ictimai asayişi və təhlükəsizliyi təmin edir. Bu zaman nəqliyyatın və insanların hərəkətinə maneə olan hər hansı toplantı olarsa qarşısı alınır, toplantını təşkil edən insanlar ərazidən uzaqlaşdırılır. Bu gün Nərimanov rayonu ərazisində də polis əməkdaşları qanunla müəyyən edilmiş qaydada hərəkət ediblər”.

Qeyd edək ki, sakinlər etiraz edən şəxslərin polislər tərəfindən saxlanılaraq aparıldığını bildiriblər.

Demokrat.az

D
demokrat.az