“Dünyada həll olunmayan problemlər barədə danışırıqsa, bu, Dağlıq Qarabağdır. Bu münaqişə, demək olar, 30 ildir qalır. Təəssüf ki, bu, postsovet məkanında millətlərarası münaqişənin müharibəyə səbəb olduğu yeganə region deyil. Ukrayna, Gürcüstan, Mərkəzi Asiya ölkələri - hər yerdə oxşar problemlər var".
Demokrat.Az xarici KİV-lərə istinadla xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovski bildirib.
V.Jirnovski Dağlıq Qarabağ münaqişəsinin həlli yolundan danışarkən növbəti dəfə sərsəm açıqlama da verib:
"Qarabağ münaqişəsinin yalnız bir həll yolu var: milli sərhədləri qorumaqla, Rusiya ilə federasiyada birləşmək. Əlbəttə ki, yalnız könüllü qaydada, referendum yolu ilə. Yalnız vahid dövlət çərçivəsində biz bu cür anlaşılmazlıqları aradan qaldıra bilərik, daha kimsə başqasının onun torpağını işğal etdiyinə görə narahat olmayacaq, bütün bunlar ümumi olacaq”.


