Hadisə

Qar uçqunu altında qalan 2 əsgərdən biri öldü

Qar uçqunu altında qalan 2 əsgərdən biri öldü

Türkiyədə Hakkarinin Semdinli rayonunda qar uçqununda bir əsgər şəhid olub.

Demokrat.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, güclü qar yağması nəticəsində Semdinlidə yerləşən hərbi bazanın yolu bağlanıb.

Əsgərlər yolu açarkən qar uçqunu baş verib, 2 əsgər uçun altında qalıb. Onları xilas edib, xəstəxanaya çatdırıblar.

Həkimlərin cəhdlərinə baxmayaraq əsgərlərdən biri ölüb.

Demokrat.az

D
demokrat.az