Hadisə

AzTV-də bədbəxt hadisə əməkdaşın həyatına son qoydu — YENİLƏNİB/VİDEO

AzTV-də bədbəxt hadisə əməkdaşın həyatına son qoydu — YENİLƏNİB/VİDEO

Azərbaycan Televiziyasının binalarından birində baş vermiş bədbəxt hadisə nəticəsində şirkətin əməkdaşlarından biri vəfat edib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

Allah rəhmət eləsin!

21:52

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Demokrat.azxəbər verir ki, qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan şəxsin çıxarılması istiqamətində iş aparılır.

D
demokrat.az