Böyük Britaniyadakı İslam alimləri Amerika əczaçılıq şirkəti “Pfizer” tərəfindən “BioNTech” ilə ortaq şəkildə inkişaf etdirilərək ölkəyə tədarük edilən koronavirusa qarşı yeni bir peyvəndin istifadəsinə dair teoloji(ilahi) və hüquqi rəy veriblər.
“Pfizer ilə əlaqə qurduq və peyvəndin tərkibindəki inqredientlərin siyahısını istədik. “Xolesterolun varlığı əvvəlcə narahatlıq yaratdı. Çünki heyvan yağından əldə edilə bilər”, - deyə rəydə deyilir.
Bununla belə, müftilər aldıqları məlumatların qorxularını aradan qaldırdığını açıqlayıblar. Məlum olub ki, “COVID-19 mRNA BNT162b2” peyvəndinin hazırkı tərkibindəki bütün yağlı maddələr bitki və sintetik mənşəlidir və peyvənddə heyvan komponentləri yoxdur.
Beləliklə, adları çəkilən İslam alimləri sözügedən peyvəndin müsəlmanlar tərəfindən istifadəsinə icazə verilməsi qənaətinə gəliblər.
Demokrat.az


