Göygöl Rayon Məhkəməsi fitnes məşqçisi Kamil Zeynallı ilə bağlı qərarı açıqlayıb.
“Report”un xəbərinə görə, qərara əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, K.Zeynallı əvvəllər də bir neçə dəfə inzibati qaydada həbs olunub.
***16:11
Fitnes məşqçisi Kamil Zeynallı yenidən həbs edilib.
Oxu.Az-ın məlumatına görə, o Göygöl rayonu ərazisində polislər tərəfindən saxlanılıb.
O, işğaldan azad edilmiş əraziyə səfər etmək istəyib. Polislərin qanuni tələblərinə məhəl qoymayan K.Zeynallı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Məşqçinin barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib.
Bundan əvvəl, K.Zeynallı karantin qaydalarını pozduğuna, eləcə də ictimai asayişi pozduğuna görə bir neçə dəfə saxlanılıb.
Demokrat.az


