Hadisə

Qusarda iki maşın toqquşdu — xəsarət alanlar var

Qusarda iki maşın toqquşdu — xəsarət alanlar var

Bu gün Qusar rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Şahdağ yolunda qeydə alınıb. "VAZ-2107" markalı minik avtomobili ilə "Niva" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

D
demokrat.az