"Salyan camaatı yığdığı pambıqdan qəşəng pul qazanır. Bunu ictimaiyyət də bilməlidir. Şəxsən mən özüm də deputat kimi tez-tez yerlərdə oluram və insanlarla söhbətlər edirəm. Onlar da bu işdən məmnundurlar".
Bu fikirləri Demokrat.Az-a açıqlamasında Milli Məclisin 59 saylı Salyan seçki dairəsindən seçilmiş deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov bildirib.
Deputat deyib ki, Salyanda pambıqçılığın inkişaf etdirilməsi yerli əhalinin güzəranına da müsbət töhfələr verir:
"Eşidirəm və bilirəm ki, əhali pambıqdan yaxşı pul qazanır. İnsanlar halal zəhmətlə çalışıb, öz yerlərində pul qazanırlar ki, bu da obnların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Əgər bu gün pambıqçılıq ölkəmizə dvident gətirirsə, bu, ölkə əhalisinin inkişafı üçün böyük bir addımdır. Deputat kimi təmsil olunduğum Salyan rayonunun pambıqçılıqla bağlı bu il çox yüksək göstəriciləri var. Allahın köməyi ilə bu ayın sonunadək yığılan pambıq təhvil veriləcək. Hazırda bu istiqamətdə işlər çox yüksək səviyyədə gedir".
Ə.Hüseynov həmçinin qeyd edib ki, bəzi qüvvələr Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsini gözü götürmək istəmir:
"Ancaq onlar bilsin ki, əgər pambıq əkib-becərmək pis iş olsaydı, o zaman Özbəkistan, Türkmənistan və digər ölkələr bu sahədə qabağa getməzdilər. Biz bu cür təxribatlara məhəl qoymuruq və digər sahələr kimi pambıqçılığı da inkişaf etdiririk. Əhali də bundan çox razı qalır".
Rizvan Demokrat.Az


