İdman

Maradonanın adı bu stadiona verildi

Maradonanın adı bu stadiona verildi

İtaliyanın "Napoli" klubunun stadionuna bu günlərdə dünyasını dəyişən əfsanəviDieqo Armando Maradonanınadı verilib.

Demokrat.azxarici mətbuata istinadən xəbər verir ki, arena bundan sonra sabiq kapitanın şərəfinə "Dieqo Armando Maradona" adlandırılacaq.

Bununla bağlı qərarı Neapoli şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı futbolçu 1984 - 1991-ci illərdə "Napoli" formasını geyinib.

D
demokrat.az