Şou-biznes

Dayıları Günayı 16 yaşında niyə "siliblər"? - Valideynlərim məni qəbul etdilər - FOTO

Dayıları Günayı 16 yaşında niyə siliblər? - Valideynlərim məni qəbul etdilər - FOTO

Müğənni Günay İbrahimli "Xəzər"in efirində 16 yaşında müğənniliyə doğru atdığı ilk addımından danışıb.

"Yeni ulduz" müsabiqəsi ilə tanınan Günay dayılarının onun bu addımından xəbər tutduğunu eşitdiklərində aralarında problemlər yaşandığını deyib.

Günay müğənni olmaq qərarı verdiyi üçün hələ də qohumları ilə münasibətlərinin soyuq qaldığını etiraf edib:

"Davalar düşdü. Dayılarım qəbul etmədilər mənim ifa etməyimi, səhnəyə çıxmağımı. Bir dənə valideynlərim məni qəbul edirdilər. Dayılarım, nənəmgil, heç biri istəmirdilər və mənlə illərlə küsülü qaldılar. 10 ildən çoxdur ki, münasibətim soyuqlaşıb.

16 yaşım var idi. 16 yaşında bir uşaq, utancaq..." (milli.az)

D
demokrat.az