Hadisə

Kərbəlada azərbaycanlı zəvvarlar itkin düşdü - FOTOLAR

Kərbəlada azərbaycanlı zəvvarlar itkin düşdü - FOTOLAR

Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarın itkin düşməsi barədə Qafqaz Müsəlmanları İdarəsinə müraciət daxil olmayıb.

Bu barədəOxu.Az-a açıqlamasında QMİ-nin Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisiBəxtiyar Nəcəfovbildirib.

QMİ rəsmisi qeyd edib ki, bu barədə idarədə heç bir məlumat yoxdur:

“Özəl şirkətlər aparıblar. Onlardan Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarın yoxa çıxması barədə QMİ-yə müraciət daxil olmayıb”.

Qeyd edək ki, A24.az saytının məlumatına görə, Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedənbir zəvvar yoxa çıxıb. Belə ki, Masallı rayon sakini, 1998-ci il təvəllüdlüFətullayev Hüseyn İltimas oğluazərbaycanlılardan ibarət zəvvar qrupundan ayrılaraq itkin düşüb.

Məlumata görə, əqli qüsurlu H.Fətullayev gecə saatlarında qrupdan ayrılaraq istiqaməti itirib.

D
demokrat.az