Dünya

Əfqanıstan paytaxtı raket atəşinə tutuldu — 8 nəfər öldü

Əfqanıstan paytaxtı raket atəşinə tutuldu — 8 nəfər öldü

Əfqanıstanın paytaxtı Kabilin raket atəşinə tutulması nəticəsində 8 nəfər ölüb, 31 nəfər yaralanıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Tarik Arian bildirib.

O, ölənlərin və yarlıların sayının artacağı ehtimal edib.

“Terrorçular raketləri kiçik yük avtomobilindən şəhərin içinə atıblar. Avtomobilin Kabilə necə daxil olması araşdırılır”, - o qeyd edib.

Demokrat.az

D
demokrat.az