Sosial

Bakıda marketdə ŞOK FIRILDAQ - ərzağın istehsalı oktyabrın 32-nə yazılıb (FOTO)

Bakıda marketdə ŞOK FIRILDAQ - ərzağın istehsalı oktyabrın 32-nə yazılıb (FOTO)

Bakıda marketlərdən birində satışa çıxarılan pryanikin üzərindəki istehsal tarixi görənlərin təəccübünə səbəb olub.

BiG.AZ xəbər verir ki, belə ki, marketlərdən birində satışa çıxarılan pryanikin üzərində istehsal tarixi 32.10.2018-ci kimi qeyd olunub.

Sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olan foto ilə bağlı "Ləziz Dad" hələki heç bir açıqlama yaymayıb.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

D
demokrat.az