İdman

“Milan” İbrahimoviçlə müqaviləni uzadır

“Milan” İbrahimoviçlə müqaviləni uzadır

“Milan” futbolçusu Zlatan İbrahimoviçlə müqaviləsini yeniləmək niyyətindədir.

Qol.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, İtaliya klubu 39 yaşlı hücumçunun sözləşməsini daha 1 il- 2022-ci ilin yayınadək uzatmağı planlaşdırır.

İbrahimoviç isə komandanın Çempionlar Liqasına düşə biləcəyindən əmindir. Buna görə də o, klubda qalmağa hazırdır.

İsveçli oyunçunun hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, İbrahimoviç bu mövsüm A seriyasında 5-matça çıxıb və 8 qol vurub.

D
demokrat.az