"Orduya və Prezidentə güvəniniz, dəstəyiniz, o oyanmış ruhunuz bura qədər idi? Başlandı panika, isterika və şübhələr? Bəlkə, yenidən bir olaq, birləşək və başqanımıza inam göstərək?!”
Demokrat.az xəbər verir ki, bunu müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb. Sənətçi ruhdan düşən vətəndaşlara sərt münasibət bildirib və insanları birliyə səsləyib:
“Nigaranıq, narahatıq, yaxşı. Amma daha "İtirdik" havaları nədir? Elə-belə xalq deyildik axı, özümüz də anladıq, dünyaya da göstərdik. Yox? Azca səbr! Hər telefonun dalında politoloq, diplomat yatırmış. Özgüvənimiz olsun! Gücümüzə inanaq! Məqsədlərimiz xatirinə, özünüzü toplayın! Yaxşı olacaq! Baxarsınız!"


