Siyasət

Rusiya MN: "Laçın dəhlizində ərazi minalardan təmizlənir"

Rusiya MN: Laçın dəhlizində ərazi minalardan təmizlənir

"Laçın dəhlizində sülhməramlı birləşmələrin hərbi kolonunun keçidini təmin edən 7 müvəqqəti müşahidəçi postu qurulub".

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirilən brifinqdə deyib.

Bundan əlavə, o qeyd edib ki, hərbi mütəxəssislər tərəfindən Xankəndi-Gorus yolunun 1 kilometrlik hissəsi minalardan təmizlənib.

“Laçın dəhlizində ərazinin minalardan və partlayıcı maddələrdən tam təmizlənməsi işləri aparılır. Xankəndi-Gorus yolunun 1 kilometrlik hissəsi yoxlanılıb və minalardan təmizlənib. Həmçinin, 27 ədəd sıradan çıxmış və zədələnmiş texnika yolun gediş-gəliş hissəsindən təmizlənib”, - deyə MN rəsmisi bildirib.

D
demokrat.az