Almaniyada yaşayan, milliyətcə türk əsilli ər-arvad professorlar - Uğur Şahin və Özlem Türeci koronavirusa qarşı vaksin ixtira etdiklərini açıqlayıblar. İngiltərə, Amerika mətbuatı adıçəkilən türk professorlarından vaksinlə bağlı uğurları ilə barədə xəbərlər dərc ediblər.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uğur Şahin vaksinin 90 faiz təsirli olduğunu açıqlayıb. Bildirib ki, hazırda son tamamlanma işləri həyata keçirilir.
U.Şahin Türkiyədə dünyaya gəlib. 4 yaşında ailəsi ilə birgə Almaniyaya köçüb. Almaniyada tibb sahəsində bir çox uğurlara imza atıb. Onlardan biri xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanlarla bağlıdır. Şahin bu gün Almaniyanın ən zəngin 100 nəfərindən biri hesab edilir.
Professor bildirib ki, gələn ilin ilk üç ayında Türkiyəyə vaksin gətirilə bilər. Ümumiyyətlə, peyvəndin tətbiqinə razılıq əldə ediləndən sonra vaksinin paylanılmasına başlanacaq.


