Dünya

Levon Ter-Petrosyan: Ermənistanda vətəndaş müharibəsi təhlükəsi var

Levon Ter-Petrosyan: Ermənistanda vətəndaş müharibəsi təhlükəsi var

Vətəndaş müharibəsi təhlükəsindən qaçmaq və bütün ziddiyyətləri müstəsna olaraq konstitusiya yolu ilə həll etmək lazımdır.

Demokrat.az bildirir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan özünün Ilur.am saytında bildirib.

"Vətəndaş müharibəsi, Türkiyə-Azərbaycan birliyinə ən böyük hədiyyə olmaqla yanaşı, Artsax və Ermənistan üçün, bütün ermənilər üçün fəlakət olar", - deyə Ermənistanın keçmiş prezidenti vurğulayıb.

Ter-Petrosyan ümid edir ki, siyasi partiyalar, ictimai-siyasi qruplar, güc strukturları, ziyalıların görkəmli nümayəndələri və Ermənistanın taleyinə görə məsuliyyət hiss edən bütün şəxslər bu cür fəlakətli nəticələrin qarşısını almaq üçün bütün təsir vasitələrindən və nüfuzlarından istifadə edəcəklər. /Virtualaz.org

D
demokrat.az