Hadisə

Bakıda YPX avtomobili 2 yük maşınına çırpıldı (VİDEO)

Bakıda YPX avtomobili 2 yük maşınına çırpıldı (VİDEO)

Bu gün Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, iki yük maşını və YPX maşının iştirakı ilə qəza baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza gecə "Dərnəgül" yolunda olub. Yük maşınları bir-birinə dəyib. Daha sonra isə YPX avtomobili yük maşınlarına çırpılıb.

Qəza zamanı ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.

Hadisənin görüntülərini təqdim edirik:

D
demokrat.az