Gündəm

Prezident: "Şuşada Azərbaycan bayrağı dalğalanır!"

Prezident: Şuşada Azərbaycan bayrağı dalğalanır!

“Şuşanın Azərbaycan tarixində böyük yeri var”.

Demokrat.azxəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərkən deyib.

Şuşanın erməni işğalçılarından azad olunduğunu elan edənPrezident daha sonra bunları deyib:

"Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub-yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazınincisidir.

Biz indi Şuşaya qayıtmışıq, bütün tarixi abidələri, məscidləri bərpa edəcəyik. 28 ildən sonra Şuşada azan səsi eşidiləcək.

Şuşada Azərbaycan bayrağı dalğalanır!"

D
demokrat.az