Hadisə

Ermənilər Tərtərə 36-ya qədər top mərmisi atdı

Ermənilər Tərtərə 36-ya qədər top mərmisi atdı

Cəbhədə gərgin döyüşlər davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.

Düşmən rayon rayon ərazisinə ümumilikdə 36-ya qədər top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.

D
demokrat.az