Dünya

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 110 nəfərə çatdı

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 110 nəfərə çatdı

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 110 nəfərə çatıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, xəsarət alanların sayı 1 027 nəfər təşkil edib. Onlardan 883 nəfəri evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanalarda davam edir.

Qeyd edək ki, İzmirdə oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub.

D
demokrat.az