Hadisə

Bakıda uşaq bağçasında yanğın oldu

Bakıda uşaq bağçasında yanğın oldu

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli uşaq bağçasının birinci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd açar və kabel 5 p.m yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az