Siyasət

Rusiya mətbuatı ermənilərin daha bir yalanını ifşa etdi

Rusiya mətbuatı ermənilərin daha bir yalanını ifşa etdi

Dağlıq Qarabağ səmaları üzərində vurulan Azərbaycan Hava Qüvvələrinə məxsus hücum təyyarələri haqqında məlumatlar saxta çıxıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə Rusiyanın "avia.pro" nəşri bildirib.

Qeyd olunub ki, Ermənistan media resursları guya Azərbaycanın Su-25 hücum təyyarəsinin Qarabağ səmaları üzərində vurulması haqqında saxta məlumatlar yayıb:

"Ermənistan Müdafiə Nazirliyinin saxta açıqlamalarına baxmayaraq, heç bir tutarlı sübut yoxdur və erməni KİV-lərinin yayımladığı video çoxdan hazırlanıb". /Teleqraf.com

D
demokrat.az