Siyasət

Hikmət Hacıyev: "Ermənistan fosfor silahlarının istifadəsində geniş praktikaya malikdir"

Hikmət Hacıyev: Ermənistan fosfor silahlarının istifadəsində geniş praktikaya malikdir

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni hərbçilərinn fosfor silahından istifadəsi ilə bağlı “Twitter”də paylaşım edib.

O yazıb:

“Ermənistan fosfor silahlarının istifadəsində geniş praktikaya malikdir. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı. ATƏT nümayəndələrini - hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi”.

D
demokrat.az