Şou-biznes

"Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm" — Tanınmış müğənni

Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm — Tanınmış müğənni

Müğənni Vüqar Muradov könüllü olaraq hərbi xidmətə yola düşüb.

Demokrat.az bildirir ki, ifaçı bu barədə sosial media hesabında yazıb. O bildirib ki, artıq xidmətdədir:

"Artıq 10 gündür ön cəbhədəyəm. Azərbaycan Respublikasına xidmət edirəm və şərəf duyuram. Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm.Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun. Torpaq öz oğullarını gözləyir"./Big.az

D
demokrat.az