Dünya

İzmirdəki zəlzələdə yaralıların sayı kəskin artdı — YENİLƏNİB-4

İzmirdəki zəlzələdə yaralıların sayı kəskin artdı — YENİLƏNİB-4

İzmirdə baş verən zəlzələdə yaralıların sayı artıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində xəsarət alanların sayı 607 nəfərə çatıb.Həlak olanların sayı 12 nəfərdir.

21:35

İzmirdə baş vermiş 6.6 bal gücündə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb.

Demokrat.azxəbər verir ki, bu barədəTürkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Həmçinin, 17 binada axtarış-xilasetmə işlərinin davam etdirildiyi qeyd olunur.

20:42

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı 321-ə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, ölənlərin sayı isə 6 nəfər olaraq qalır.

19:23

İzmirdə zəlzələ nəticəsində ölənlərin daha 2 nəfərin öldüyü məlum olub.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, yeraltı təkandan həlak olanların sayı 6-ya yüksəlib.

Məlumata görə, yaralıların sayı isə 202-yə çatıb.

18:00

İzmirdə baş vermiş zəlzələ nəticəsində 4 nəfər dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki,bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

İlkin məlumata görə, zəlzələ nəticəsində 120 nəfər yaralanıb.

D
demokrat.az