Ermənistanda daha 2 314nəfərdə koronavirus aşkarlanıb.
Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 77 837-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 23nəfər artaraq 1 180-ə çatıb. İndiyədək 50 908 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 25 412aktiv koronavirus xəstəsi var.


