İdman

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

Qarabağ qrup mərhələsinin ilk matçında məğlub oldu

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə "Makkabi"lə (Təl-Əviv) üz-üzə gəlib.

"Blumfild" stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 10-cu dəqiqədə "Makkabi"nin heyətində Yonaten Kohen fərqlənib.

Matç Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev üçün əlamətdar olub. 31 yaşlı müdafiəçi avrokuboklarda 100-cü oyununa çıxıb.

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüşdə qapılara 8 qol vurulub. Matç ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" qrupda ikinci matçını oktyabrın 29-da "Vilyarreal"a qarşı keçirəcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

Demokrat.az

D
demokrat.az