Siyasət

TBMM sədri Azərbaycana gəlir

TBMM sədri Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycana səfər edəcək.

Demokrat.az xəbər verir ki, o, Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 18-20-si aralığında nümayəndə heyəti ilə birlikdə ölkəmizdə rəsmi səfərdə olacaq.

Şentopun səfəri Azərbaycan Respublikasının Milli Müstəqillik günü – oktyabrın 18-i başlayacaq. Oktyabrın 19-da TBMM sədri ölkə başçısı İlham Əliyev tərəfindən qəbul ediləcək.

Mustafa Şentop oktyabrın 20-də isə Azərbaycan Milli Məclisində çıxış edəcək.

D
demokrat.az