"Vətənini xilas etməyə çalışan Azərbaycanı hədəf almaq peşəkar bir təşkilatın vəzifəsi ola bilməz".
Demokrat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı söyləyib.
"Onlar mənim azəri qardaşlarımın torpaqlarını işğal edərək dağıtdılar. Əhali torpaqlarını tərk etməli oldu. Aparılan mübarizə nədir? "Biz işğal olunmuş torpaqlarımızı istəyirik" - istənilən budur. ABŞ, Rusiya və Fransa hələ təxirə salma taktikası ilə məsələni uzadır. Verin də işğal altındakı torpaqları. Öz torpaqlarında nə edirlər etsinlər. Etməli olduğunuz sadəcə, danışıqları bitirib torpağı sahibinə verməkdir. Danışıq 30 il çəkərmi? Oturdular, danışdılar, bitdi... Bunu 30 ildir edirlər. Torpaqları verin. Vermədilər. Nəticədə nə oldu? Baxın, bu oldu. İndi azərbaycanlı qardaşlarımız ermənilərlə mübarizəni davam etdirirlər. Bizə isə "Suriyadan mücahidləri oraya apardınız" dedilər. Onların öz torpaqlarında işləri var. Oraya getməzlər. Bizim belə bir problemimiz yoxdur. Azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq və yenə də verəcəyik. Niyə Fransadan gələn silahlardan danışmırsınız? Bilirəm ki, azərbaycanlı qardaşlarımız qətiyyətlə hərəkət edirlər", - deyə prezident bildirib.(mediapost.az)


