Siyasət

Aİ ölkələrinin Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Aİ ölkələrinin Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Demokrat.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında bildirib.

O vurğulayıb ki, müzakirələrdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Xarici İşlər naziri mövcud vəziyyəti qiymətləndirib.

“Nazirlər həmçinin vurğuladılar ki, bütün regional aktyorlar silahlı qarşıdurmanın dayanmasına və sülhə töhfə verməlidirlər”, - deyə C. Borrell qeyd edib. /APA

D
demokrat.az