Gündəm

Türkiyənin Ədliyyə naziri: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində sonuna qədər yanlarındayıq”

Türkiyənin Ədliyyə naziri: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində sonuna qədər yanlarındayıq”

Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində sonuna qədər yanlarındayıq.

“Anadolu” Agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül Qaziantepdə AKP-nin Şahinbəy rayon Konqresində çıxışı zamanı bəyan edib.

“Qarabağ azad edilənədək, Azərbaycan layiq olduğu nəticəni alacağı günə qədər daim yanlarında olacağıq”, - deyə o vurğulayıb.

Ədliyyə naziri terrorun kökünü sonuna qədər qurutmaqda qərarlı olduqlarını deyib.

“Bu məsələdə uğur qazandıq və tamamilə müvəffəqiyyət əldə edənə qədər bu mübarizəmizi qərarlı şəkildə davam etdirəcəyik”, - deyə Ə.Gül çıxışında bildirib.

D
demokrat.az